zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
300
25 June 2026
Hobbidən brendə: “Resm Jewelry” necə yarandı? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı Rəsminə Qürbətova – “Resm Jewelry” brendinin təsisçisi ilə zərgərlik sənətinə olan marağın uğurlu biznesə çevrilməsi, yerli brendin formalaşma prosesi, müasir dövrdə əl işlərinin bazardakı rolu və sahibkarlıq yolunda qarşıya çıxan çətinliklərdən danışdıq. Həmçinin “Resm Jewelry” brendinin yaranma hekayəsi, fərqləndirici xüsusiyyətləri, müştəri məmnuniyyətinin...
34 min
25 June 2026
Azərbaycan Muğamının İnkişafı: Qəzənfər Abbasov Danışır I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı xanəndə və Əməkdar müəllim Qəzənfər Abbasov ilə qonağımızın sənət yolu, muğam ifaçılığı sahəsində qazandığı uğurlar, pedaqoji fəaliyyəti və Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söhbət açdıq.
41 min
24 June 2026
Vətənpərvərlik uşaqlarda necə başlayır? I Valideyn saatı
“Valideyn saatı” verilişində hərbi ekspert Emin Həsənli ilə uşaqlarda vətənpərvərlik ruhunun formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti barədə söhbət apardıq. Verilişdə valideynlərin bu istiqamətdə üzərinə düşən vəzifələr, eləcə də gələcək nəslin vətənə bağlı, məsuliyyətli və fəal vətəndaş kimi yetişdirilməsi mövzularını da müzakirə etdik.
37 min
24 June 2026
Aynur İsgəndərli: Hərbi Orkestrin səsi və vətənpərvərlik ruhu I Sənətin səsi
“Sənətin səsi” verilişinin qonağı Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Aynur İsgəndərli ilə hərbi orkestrin fəaliyyəti, vətənpərvərlik ruhunu aşılayan musiqi nümunələri, səhnə təcrübəsi və sənət yolunda qazandığı uğurlar barədə söhbət apardıq.
22 min
23 June 2026
Müştəri məmnuniyyəti biznesi necə böyüdür? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı “Premium Beauty”nin təsisçisi Münəvvər Mustafayeva ilə gözəllik və xidmət sektorunda uğurlu biznes qurmağın sirrləri, brend yaratmaq prosesində qarşıya çıxan çətinliklər, müştəri məmnuniyyətinin əhəmiyyəti və sahibkarlıq fəaliyyətində innovativ yanaşmalar haqqında danışdıq. Qonağımız öz biznes yolundan, qazandığı təcrübədən və gələcək hədəflərindən bəhs etdi.
36 min
23 June 2026
Dublyajın görünməyən tərəfləri: Nəzakət və Rövşən Məmmədlilərlə səmimi söhbət I Sənətin səsii
"Sənətin səsi" verilişinin qonaqları aktrisa və dublyaj rejissoru Nəzakət Məmmədli, aktyor və dublyaj prodüseri Rövşən Məmmədli ilə sənətə gəliş yolu, dublyaj sahəsində qazandıqları təcrübə, bu peşənin görünməyən tərəfləri, eləcə də yaradıcılıq münasibətləri haqqında söhbət etdik
41 min
22 June 2026
Uşaqlar və imtahan həyəcanı I Valideyn saatı
"Valideyn saatı" verilişində qonaq psixoloq, NLP Master Elmir İsgəndərov ilə imtahan həyəcanının yaranma səbəbləri, onun uşaqlarda özünəinam və nəticələrinə təsiri, eləcə də valideynlərin bu prosesdə rolu barədə müzakirə etdik. Qonağımız, həmçinin imtahan stressinin idarə olunması üçün psixoloji üsullar, uşaqlara dəstək yolları barədə valideynlərə faydalı tövsiyələr verdi.
41 min
22 June 2026
Azərbaycan Operası Dünyaya Necə Tanıdılır? İlham Nəzərov I Sənətin səsi
"Sənətin səsi" verilişində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, opera ifaçısı və pedaqoq İlham Nəzərov ilə musiqi yaradıcılığı, opera sənətinin incəlikləri, milli və dünya musiqisinin sintezi, beynəlxalq səhnələrdə qazandığı uğurlar və pedaqoji fəaliyyəti barədə söhbət apardıq. Verilişdə, həmçinin gənc musiqiçilərin yetişdirilməsi, Azərbaycan musiqisinin təbliği istiqamətində...
30 min
19 June 2026
Ata və övlad münasibətləri
"Valideyn saatı" verilişinin qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasətçi Amid Əliyev və qızı Gültac Əliyeva ilə ata və övlad münasibətlərinin müxtəlif tərəfləri barədə söhbət apardıq. Qonaqlarımız ailədə sevgi və hörmət mühitinin yaradılması, övladların tərbiyəsində atanın rolu, nəsillər arasında dialoqun qurulması, eləcə də bir-birini anlamağın əhəmiyyəti ilə bağlı danışdılar.
41 min
19 June 2026
Muğam sənətinin incəlikləri: Yaqut Abdullayeva ilə sənət söhbəti
“Sənətin səsi” verilişinin qonağı xanəndə, Əməkdar artist Yaqut Abdullayeva ilə Qarabağ xanəndəlik məktəbinin sənətkarın yaradıcılığına təsiri və keçdiyi sənət yolu barədə söhbət apardıq. Qonağımız muğam sənətinə olan sevgisindən, səhnə fəaliyyətinin yaddaqalan məqamlarından bəhs etdik. Eyni zamanda, Qarabağın musiqi ənənələri, muğam sənətinin incəlikləri və bu dəyərlərin gələcək nəsillərə...
31 min